• null

    Proqramın Tarixi

    30 İyun – 14 İyul 2019

  • null

    Son müraciət tarixi

    15 Aprel 2019

  • null

    Yaş aralığı

    9 – 17 yaş

  • null

    Proqram

    40 saat ingilis dili tədrisi və əyləncəli praktika

  • null

    Ölkə - şəhər

    Boston – Amerika

  • null

    Mərkəz

    CATS Academy

YAY MƏKTƏBİ MƏRKƏZİMİZ

Bu yay həm ingilis dili biliklərinizi inkişaf etdirmək, həm də dünyanın ən məşhur şəhərlərini gəzib yay tətilinizdən zövq almaq istəyirsinizsə sizi Bostondakı Yay Məktəbi proqramımıza dəvət edirik! İnteraktiv ingilis dili dərsləri ilə hədəfinizdə olan dili səviyyəsinə doğru əmin addımlarla irəliləyərkən dərsdən sonra və həftə sonları təşkil olunacaq şəhər turları və sosial fəaliyyətlər ilə unudulmaz bir tətil yaşamaq artıq daha asan olacaq.

Universal Tədris Mərkəzinin bu cür yay məktəbi proqramları təşkil edən digər şirkətlərdən ən böyük fərqi odur ki, hər 10 nəfərlik qrup üçün 1 nəfər rəhbər təyin edərək nəzarəti və xidməti yüksəldirik. Valideynlər bu müddət ərzində həmin rəhbərlər vasitəsi ilə öz övladları və proqramın gedişatı haqqında ətraflı məlumat əldə edə bilərlər.

Şagirdlər iki həftə ərzində çox rəngarəng bir proqramda iştirak edəcəklər və ingilis dili dərslərinin xaricində Boston şəhərinin ən məşhur yerlərini ziyarət etmə fürsəti əldə edəcəklər. Həftə sonları isə “Cape Cod & Beach” və “Canobie Lake Park” gəzintiləri təşkil olunacaq.

Həftəlik 20 saat təşkil edən İngilis dili dərsləri ana dili ingilis dili olan müəllimlər tərəfindən tədris olunacaq. Məktəbin ilk günü şagirdlərin səviyyə imtahanı olacaq və nəticələrə əsasən şagirdlər uyğun siniflərə yerləşdiriləcəklər. Şagirdlər maksimum 10 nəfərlik siniflərdə dünyanın fərqli ölkələrindən gələn digər şagirdlərlə ingilis dilini öyrənmə və praktika etmə fürsəti əldə edəcəklər. Şagirdlər dərsliklər və köməkçi materiallarla təmin olunacaq və kursun sonunda şagirdlərə sertifikat təqdim olunacaq.

Şəhər turları və sosial fəaliyyətlər zamanı amerikalı danışıq partnyorları ilə ingilis dilində praktika etmək imkanı, dünyanın fərqli ölkələrindən gələn şagirdlər ilə fərqli mədəniyyətləri yaxından tanıma fürsəti əldə etmək və unudulmaz bir təcrübə yaşamaq üçün Boston proqramımızda iştirak etməyə tələsin!

Şagirdlərimiz CATS Academy colleginin yataqxanasında 1 nəfərlik, suit otaqlarda qalacaqlar. Otaqlar yüksək səviyyədə təmir olunub və hər bir otaqda duş otağı və tuvalet mövcuddur. Şagirdlər həmçinin yataqxanadakı çamaşırxana imkanlarından da rahatlıqla istifadə edə bilərlər. Qız və oğlan şagirdlərin qaldıqları yerlər ya fərqli mərtəbələrdə, ya da fərqli binalardadır.

Yeməklər gündə 3 dəfə olmaqla kollecin yeməkxanasında veriləcək. CATS Academy çoxmillətli mərkəz olduğuna görə burada hər kəsin yeyə biləcəyi yemək alternativləri mövcuddur. 

New York daxilində yarım günlük səyahətlər:
  • Muzey səfərləri: American Museum of Natural History, Madam Tussauds Museum
  • Gəzintilər: Hopon Hopoff Bus, Central Park, Bryant Park, Times Square, Statue of Liberty, Ellis Island, Garden State Plaza
  • Atraksiyonlar: Beast Speedboat Ride, Top of the Rockefeller Building, Empire State Building Tour, Six Flags Amusement Park
  • Alış-veriş: NBA Store, Apple Store, Best Buy, Nike, Sony Store, Woodbury Common Outlet Center
Həftəsonu tam günlük səyahətlər:
  • Washington DC Trip: White House, National Air and Space Museum, Monument and Memorial
  • Boston Trip: Harvard University, MIT, Duck Tour
  • Qeydiyyat
  • Viza rüsumu
  • Dil kursu və sertifikat
  • Kitab və materiallar
  • Sağlıq sığortası
  • 2-3 nəfərlik suit otaqlarda qalma
  • Səhər, günorta və axşam yeməkləri
  • Proqram müddətində professional rəhbərlər
  • Günlük nəqliyyat vasitələri
  • Wi-Fi internet
  • Gəzinti və əyləncə mərkəzlərinin ödənişləri
  • Şagird və valideyn ilə 24 saat əlaqə saxlamaq imkanı