Bilkent Universiteti

Bilkent Universiteti, Türkiyənin paytaxtı Ankarada yerləşir. İhsan Doğramacı tərəfindən, İhsan Doğramacı Eğitim Vakfı, İhsan Doğramacı Sağlık Vakfı və İhsan Doğramacı Bilim ve Araştırma Vakfı qərarları ilə 20 Oktyabr 1984-cü ildə, Türkiyənin ilk özəl universiteti olaraq qurulmuşdur. Bilkent Universiteti, quruluş məqsədini “təhsil keyfiyyəti, elmi araşdırma və yayınları ilə mədəniyyət və sənət fəaliyyətləri baxımından dünyanın öndə gələn universitetləri arasında yer almaq” olaraq açıqlamışdır. Bu məqsədlə universitetə “Bilim Kenti”nin qısaldılmışı olan Bilkent adı verilmişdir.

Universitetin kampusu, Hacettepe Universitetinin Beytepe kampusu ilə Orta Doğu Teknik Universitetinin Ankaradakı kampusu arasında yerləşir. Ankara-Eskişehir yolunun 12-ci km-də yerləşən universitet kampusunda Merkez, Doğu və Orta olmaq üzrə 3 kampus vardır.

Universitet, THES – QS Dünya Universitetləri Sıralaması araşdırmasına görə 2009-cu ildə dünyanın ən yaxşı 360-cı, Avropanın ən yaxşı 163-cu universiteti seçilmişdir. Times Higher Education dünya universitetləri 2010 sıralamasında isə dünyanın ən yaxşı 112-ci, Avropanın ən yaxşı 32-ci, Türkiyənin ən yaxşı universiteti olaraq yer almışdır.

Bilkent Universitetində təhsil dili ingilis dilidir.

Qəbul edilən imtahanlar:
1. SAT: 1600 üzərindən 1000 bal
2. TQDK: I qrup üçün 700 üzərindən 550 bal; II, III, IV qruplar üçün 450 bal
3. İngilis dili: IELTS: 6.5, TOEFL: 87

Təhsil haqqı: 14,500 USD

Son müraciət tarixi: 1 İyul

Fakültə və ixtisaslar:

EĞİTİM FAKÜLTESİ
Bilgisayar ve Öğretim Teknolojileri Öğretmenliği
Eğitim Yönetimi
Öğretmen Yetiştirme
Yabancı Dil İngilizce Öğretimi

FEN FAKÜLTESİ
Fizik
Kimya
Matematik
Moleküler Biyoloji ve Genetik

GÜZEL SANATLAR, TASARIM VE MİMARLIK FAKÜLTESİ
Grafik Tasarım
Güzel Sanatlar
İç Mimarlık ve Çevre Tasarımı
İletişim ve Tasarım
Kentsel Tasarım ve Peyzaj Mimarisi
Mimarlık

İKTİSADİ, İDARİ VE SOSYAL BİLİMLER FAKÜLTESİ
İktisat
Psikoloji
Siyaset Bilimi ve Kamu Yönetimi
Tarih
Uluslararası İlişkiler
Küresel ve Uluslararası İlişkiler

İNSANİ BİLİMLER VE EDEBİYAT FAKÜLTESİ
Amerikan Kültürü ve Edebiyatı
Arkeoloji
Felsefe
İngiliz Dili ve Edebiyatı
Mütercim – Tercümanlık
Türk Edebiyatı

İŞLETME FAKÜLTESİ
İşletme

HUKUK FAKÜLTESİ
Hukuk Fakültesi

MÜHENDİSLİK FAKÜLTESİ
Bilgisayar Mühendisliği
Elektrik ve Elektronik Mühendisliği
Endüstri Mühendisliği
Makine Mühendisliği

MÜZİK VE SAHNE SANATLARI FAKÜLTESİ
Müzik
Tiyatro