1998-ci ildə Bahçeşehir-Uğur Eğitim Vakfı tərəfindən açılan özəl universitetdir. “İstanbul’un Kalbinde Bir Dünya Üniversitesi” sloganı ilə yola çıxaraq qurulan Bahçeşehir Universitetinin İstanbuldan başqa xarici ölkələrdə də 7 kampusu var. Universitetin kampusları: Beşiktaş Kampüsü, Şişli Kampüsü, Galata Kampüsü, Göztepe Kampüsü, Bursa Kampüsü, Berlin Kampüsü, Washington D.C. Kampüsü, Toronto Kampüsü, Roma Kampüsü, Hong Kong Kampüsü, Silikon Vadisi Kampüsü. Bahçeşehir Universiteti 2007-ci ildə “Superbrands of Turkey” mükafatı almışdır. Universitet tələbələrinə xaricdəki kampuslarında təhsil almaq üçün dəstək verir. Universitetin qapısından içəri girdikdə gözünüzə ilk çarpan şey universitetdəki xarici tələbə sayının çoxluğu olacaqdır. Universitetdə ABŞ-dan Çinə, Fransadan Cənubi Koreyaya qədər geniş bir coğrafiyadan mindən çox xarici tələbə təhsil alır. Niyə Bahçeşehir Universitetini seçdiklərini soruşduqda isə cavab: “Mərkəzi yeri və beynəlxalq gücü”.
Bahçeşehir Universitetində təhsil dili ingilis və türk dilləridir.