TÜRKİYƏ

Ümumi məlumat:turkey

Qardaş və dost ölkə olan Türkiyə həm insanları, həm təbiəti, həm adət-ənənələri, həm də mətbəxi ilə bizə çox yaxındır. Paytaxtı Ankara şəhəridir. Tarixi və turistik məkanları ilə zəngin bir ölkədir.

Xərclər:

  • Təhsil haqqı: 300 – 15000 avro
  • Təyyarə bileti: 300 avro gediş – gəliş
  • Viza: ödənişsiz
  • Qeydiyyat: 30 – 100 avro
  • Yataqxana və yemək: 2500 avro illik
  • Transport: şəhərdaxili illik 500 avro

Niyə Türkiyə:

  • Qardaş və güvənilir ölkə
  • Şərq və Qərbin qovuşduğu məkan
  • Dünyanın 16-cı, Avropa’nın 6-cı iqtisadiyyatı
  • Asan qəbul şərtləri
  • Beynəlxalq tələbələr üçün maddi imkanlar (təqaüdlər, yataqxana imkanları və s.)

Attestatla qəbul:

Türkiyədə sadəcə attestatla təhsil almaq çox insanın arzusudur. Qeyd edək ki, zəngin ixtisas seçiminə malik olan universitetlərdə illik təhsil haqqı 300-700 AZN arası dəyişir. Peşəkar kollektivimiz arzularınızı reallaşdırmaqda sizə komək edəcək. Bunun üçün tələb olunan sənədləri bizə təqdim etməyiniz kifayətdir.

Türkiyə universitetlərinə qəbul digər Avropa və Amerika ölkələrinə nisbətən asan olsa da burada təhsil almaq bir o qədər də məsuliyyət tələb edir.

TƏLƏB OLUNAN SƏNƏDLƏR

  • Attestat
  • Transkript (9-10-11-ci siniflər)
  • Şəxsiyyət vəsiqəsi vəya pasport
  • Şəkil 4.5X6 – 2 ədəd
  • Digər nəticələr (TQDK, SAT, YÖS, Olimpiada nəticəsi, Sertifikat və s.)

ƏMƏKDAŞLARIMIZ