Polşada təhsilin bir çox cəlbedici cəhətlərindən bəziləri:
- Polşa universitetlərə daxil olmaq çətin deyil, qəbul üçün dil sertifikatı və ya dil biliyinizin orta səviyyədə olması yetərlidir. Hətta heç bir dil biliyiniz yoxdursa Polşanın özündə, universitet nəzdində dil hazırlığına başlaya bilərsiniz.
- Ucuz təhsil haqqı və yaşayış xərcləri: Polşada yaşayış xərci tələbələr üçün ayda 200-500 € arasındadır. Bu məbləğə aylıq yataqxana qiyməti, ərzaq və nəqliyyat üçün ödənişlər daxildir.Ayrıca, universitetlərin təhsil haqqı illik əsasən 1,200-3,000 €-nu əhatə edir. (Müəyyən ixtisaslar üçün daha ucuz, pulsuz və təqaüdlü variantlar da mövcuddur. )
- Reytinqli universitetlər, keyfiyyətli təhsil: QS Ranking-də yüksək qiymətləndirilən Varşava Universiteti, Krakov şəhərindəki Jagiellonian Universiteti, Varşava Texnik Universiteti və Varşava İqtisadiyyat Məktəbi (SGH) kimi reytinqli universitetləri var.
- Avropanı vizasız səyahət etmə imkanı: 2004-cü ildə Polşa Avropa Birliyinə qoşulub, ona görə də Şengen zonasına daxildir. Yəni, Polşada tələbə vizası olan bir əcnəbi, heç bir əlavə sənədləşməyə ehtiyac qalmadan Avropa ölkələrinə rahatlıqla səyahət edə bilər. Hətta, bir çox güzəştlərdən, həmçinin tələbə endirimlərindən istifadə edərək, cəmi 20-50 € qiymətinə təyyarə biletləri əldə etmək mümkündür.
- Oxuya oxuya işləmə imkanı: Polşanın digər cəlbedici cəhəti, iqtisadiyyatının AB ölkələri arasında 6-cı yerdə olmağı və Mərkəzi Avropada ən sürətlə böyüyən iqtisadiyyata malik olmasıdır. İşsizlik faizi digər ölkələrə nisbətən çox aşağıdır və tələbə olaraq işləməyə icazə var.Ən populyar ixtisaslardan olan biznes və menecmentdən (idarəetmə) əlavə , iqtisadiyyat, politologiya, beynəlxalq münasibətlər, psixologiya, turizm, dizayn, IT, Kompüter mühəndisliyi və digər mühəndisliklər, arxitektura və hətta tibb kimi ixtisasların ingilis dilində tədris olunduğu Polşanın bir çox universiteti var.
- Bakalavr 3, magistratura 2, doktorantura 3 illikdir.
- Polşada məzun olan tələbələrə Polşada işləmək və yaşamaq hüququ verilir.
Tibb:
Medical Academy of Bialystok
Medical University of Gdańsk
Medical University of Lodz
Medical University of Lublin
Pomeranian Academy of Medicine
Poznan University of Medical Sciences
Medical University of Silesia
Wrocław Medical University
İngilis dilində proqramları olan dövlət universitetləri:
Uniwesytet Warszawski
SGH
Politechnika Warszawska
Uniwersytet Jagielloński
Uniwersytet Opolski
Politechnika Łódzka
Uniwersytet Mikołaja Kopernika
Szkoła Główna Handlowa
Uniwersytet Śląski
Uniwersytet Ekonomiczny w Krakowie
Uniwersytet Wrocławski
Uniwersytet Marii Curie-Skłodowskiej
İngilis dilində proqramları olan özəl universitetləri:
Lazarski University
Vistula University
Warsaw University of Finance and Management
WSB (müxtəlif şəhərlərdə filialları və ödənişsiz təhsil proqramları var)
Collegium Civitas
Polsko-Japońska Wyższa Szkoła Technik Komputerowych
Wyższa Szkoła Gospodarki