Niyə Avstraliya?
- Rəsmi və təhsil dili ingilis dilidir;
- Dünyada ən yaxşı 100 universitetdən 7-si, ilk 400 universitetdən 21-i Avstraliyadadır;
- Dünyada 30 ən yaxşı tələbə şəhərlərindən 5-i Avstraliyadadır;
- Avstraliya universitetlərinin diplomu dünyanın hər yerində tanınır;
- Universitetlərdə qərb standartlarında təhsil verilir;
- Avstraliyada çox mədəniyyətlilik siyasətinə əsasən heç kimin inancına, geyiminə-keçiminə müdaxilə olunmur;
- Avstraliya həyat standartlarına görə dünyanın ən yaxşı ölkələri arasındadır;
- Dünyanın ən xoşbəxt ölkələri sırasında ilk yerlərdədir.
Müraciət üçün tələb olunan sənədlər:
- Bakalavr üçün məktəb diplomu (şəhadətnaməsi) və qiymət cədvəlinizi göstərən sənəd, Master üçün bakalavr diplomu və qiymət cədvəlinizi göstərən sənəd;
- IELTS və ya TOEFL nəticəsi (nəticəsi aşağı olan tələbələr dil kurslarına qatılaraq istənilən səviyyəyə gəldikdən sonra universitet təhsilinə başlaya bilərlər);
Təhsil haqqı:
Bakalavr – AU$15,000 – AU$33,000
Magistratura – AU$20,000 – AU$37,000
Yaşayış xərcləri:
Şərikli kirayə – AU$70 – AU$250 (həftəlik)
Universitet yataqxanası – AU$80 – AU$250 (həftəlik)
Ailə yanında – AU$110 – AU$270 (həftəlik)
Kirayə – AU$100 – AU$400 (həftəlik)