ALMANİYA


germanyÜmumi məlumat:
Almaniya mərkəzi avropada yerləşən bir ölkədir. 1949-cu ildən demokratik, parlamentar, federal dövlət quruluşuna sahibdir. 3 oktyabr 1990ci ildə Şərqi Almaniya ilə birləşən Federativ Almaniyanin sahəsi 357.021 Km2-dir.

82 milyondan çox olan əhalisi ilə Almaniya, Avropa Birliyinin əhalisi ən sıx olan olkəsidir. Əhalinin 88%-i şəhərlərdə, ya da şəhər ətrafında yaşamaqdadır. Ən böyük şəhərləri: Berlin (əhalisi 3,4 milyon), Hamburq (1,7 milyon), Münhen (1,3 milyon), Köln (1,0 milyon) və Frankfurt am Main (650.000) dir. Almaniya hər birinin öz konstitusiyası, parlamenti və hökuməti olan 16 əyalətdən ibarətdir.

Niyə Almaniya

Almaniya dünyada tələbələrin ən çox seçdiyi 3-cü ölkədir. Dünyada işəgötürənlər tərəfindən alman təhsilli işçilər daha çox rəğbət görürlər.

  1. Dünyanın hər yerində tanınan təhsil. Alman təhsili dünyanın ən yaxşılarındandır. İstər maşınlarda, istər təhsildə, üzərində “Almaniya istehsalı” (“Made in Germany”) yazısı insanlar tərəfindən keyfiyyətin möhürü kimi tanınır. Almaniya xüsusilə elm və mühəndislik sahələrində təhsilinə görə çox məşhurdur. 
  2. Hər sahədə təhsil proqramları. Almaniyada 450 dövlət statuslu universitetdə müxtəlif dərəcələrdə (bakalavr, master, doktor) təxminən 17.500 təhsil proqramı var. Universitetlər əsasən müxtəlif sahələrdə elmi yönümlü təhsilə fokuslanır. Tətbiqi elmlər universitetləri isə (Universities of applied science) təcrübə yönümlü təhsilə fokuslanır. 
  3. İngiliscə təhsil. Alman dilini bilmirsinizsə ingiliscə təhsil ala bilərsiniz. Almaniyada çox sayda (xüsusilə master dərəcəsində) ingiliscə proqramlar vardır. 
  4. Siz tək deyilsiniz. Alman universitetlərində sizin kimi xarici tələbələr çoxdur. Dünyanın hər tərəfindən gələn dostlar qazanacaq və bir çox ölkələrin mədəniyyətləri ilə tanış olacaqsınız. Universitetlərdə xarici tələbələrə dəstək və yardım üçün xüsusi ofislər var. 
  5. Aşağı təhsil haqqı. Almaniya universitetləri dövlət tərəfindən maliyyələşdirildiyi üçün universitetlərdə təhsil haqqı yoxdur. Tələbələr sadəcə semestr haqqı (təxminən 100-250 avro) ödəməlidirlər. 
  6. Münasib yaşayış xərcləri. Almaniyada yaşayış xərcləri Avropa yaşayış xərclərinin ortalamasına bərabərdir. tələbələr sadəcə tələbə kartlarını göstərməklə bir çox yerlərdə tələbə güzəştlərindən yararlana bilərlər. 
  7. Təqaüd proqramları. Yaxşı akademik göstəriciləriniz varsa təqaüd qazanma şansınız da var. DAAD Almaniyanın və dünyanın ən böyük təqaüd təşkilatlarından biridir. Burada siz ölkənizdən, universitet və proqramdan asılı olamayaraq ehtiyaclarınıza uyğun təqaüd tapa bilərsiniz. 
  8. Güvənli ölkə. Almaniya dünyanın ən güvənli ölkələrindəndir. İstənilən vəziyyətdə polislərə etibar edə bilərsiniz. Şəhərdə və ya kənddə yaşamağınızdan asılı olmayaraq gecə və gündüz küçələrdə rahat və güvənlə gəzə bilərsiniz. 
  9. Avropanın ürəyi. Sahillər və dağlar, şəhər mərkəzləri, metropolislər və təbiət. Almaniyada yaşamaq Avropanın ortasında bir çox Avropa ölkələrinə qonşuluqda yaşamaq deməkdir. İstədiyiniz vaxt qatarla bir neçə saata Parisə, Praqaya, Romaya və ya Kopenhagenə səyahət edə bilərsiniz. 
  10. Alman dilini öyrənmək sizə bir çox qapılar açacaq. Alman dili dünyada ən çox danışılan 10 dildən biridir. Dünyada təxminən 185 milyon insan almanca danışa bilir. Alman dilini bilmədən də Almaniyada təhsil ala bilərsiniz. Lakin alman dilini öyrənmək həm sizin oradakı yaşayışınızı asanlaşdıracaq, həm də gələcəkdə karyeranıza böyük təsir edəcək. CV-də ingilis dili ilə yanaşı alman dilinin də olması işəgötürənlərin diqqətini çəkir. 

Öyrənə biləcəyiniz dillər : Alman dili və İngilis dili

Əhəmiyyətli qeydlər

Xaricdən gələn tələbələrin Almaniyada oxuya bilmələri üçün universitetlər tələbənin müraciətini dil imtahanında əldə etmiş olduğu nəticəyə görə qiymətləndirir. Universitetlər fərqli dil imtahanı tələb edə bilərlər. Amma ümumi olaraq “TestDaF”, “DHS”, və Höte İnstitutunun “ZOP”, “KDS” və “GDS” adlı imtahanlarını müvəfəqiyyətlə keçmiş olmaq, bütün universitetlər tərəfindən qəbul edilir. Bu imtahanlarla yanaşı, gəldiyi ölkədə cəmi 11 il və ya daha qısa müddətdə təhsil alan tələbələrin ən az bir il getməsi lazım olan bir təhsil qurumu olan “Studienkolleg” məktəblərinin Alman dili imtahanını müvəffəqiyyətlə keçmiş olmaq da, dil şərtlərini yerinə yetirmə mənasını verir. Universitetlər müraciət üçün lazım olan diplom və sənədlərin uygun olub olmamasına özləri qərar verirlər. Hər müraciət yalnız bir ixtisas üçün etibarlıdır. Ixtisas dəyişdirmək, ya da fərqli bir ixtisasa müraciət üçün eyni prosedura təkrar tətbiq olunur.

Qeyd: Almaniyada alman dilində təhsil almaq istəyən azərbaycanlı tələbə orada 1 il hazırlıq kursu oxumalidir. Universitetə daxil olmayan şəxslər viza ala bilməz.