Lund University Global Scholarships

Təqaüdün adı: Lund University Global Scholarships

Universitet: Lund University

Dərəcə: Bakalavr / Master

Proqram: Hər hansı

Son müraciət tarixi: 22 Fevral

Təqaüd: Təhsil haqqından 25%, 50%, 75% və ya 100% azad olunma.

Tələblər: Lund Universitetinin Bakalavr və ya Master dərəcəsinə qəbul olmaq

Müraciət: Universitetə müraciət etdikdən sonra bu proqram üçün müraciət formunu doldurmaq lazımdır.

Daha ətraflı

Chalmers IPOET Scholarships

Təqaüdün adı: Chalmers IPOET Scholarships

Universitet: Chalmers University

Dərəcə: Master

Proqram: Hər hansı

Son müraciət tarixi: 15 Yanvar

Təqaüd: Təhsil haqqından 75% azad olunma. Təhsilin ilk ilində yaxşı akademik nəticələr göstərən tələbələr üçün təqaüd artırıla bilər.

Tələblər: Chalmers Universitetinin Master dərəcəsinə qəbul olmaq

Müraciət: Universitetə müraciət etdikdən sonra bu proqram üçün müraciət formunu doldurmaq lazımdır.

Daha ətraflı

Uppsala University IPK scholarships

Təqaüdün adı: Uppsala IPK Scholarships

Universitet: Uppsala University

Dərəcə: Master

Proqram: Hər hansı

Son müraciət tarixi: 15 Yanvar

Təqaüd: Təhsil haqqından tam azad olunma.

Tələblər: Uppsala Universitetinin Master dərəcəsinə qəbul olmaq. Təqaüd qazanmaq üçün tələbələr akademik bacarıqlarını (əvvəlki akademik nəticələr, motivasiya məktubu və s.) göstərməlidirlər.

Müraciət: Universitetə müraciət etdikdən sonra bu proqram üçün müraciət formunu doldurmaq lazımdır.

Daha ətraflı

Rotary Peace Fellowships

Təqaüdün adı: Rotary Peace Fellowships

Universitet:

Duke University and University of North Carolina at Chapel Hill, ABŞ
International Christian University, Yaponiya
University of Bradford, İngiltərə
University of Queensland, Avstraliya
Uppsala University, İsveç

Dərəcə: Master / Certificate

Proqram: Sülh və münaqişənin həlli və qarşısının alınması ilə əlaqəli ixtisaslar

Son müraciət tarixi: 31 May

Təqaüd: Təhsil haqqı, yaşayış xərcləri, səyahət xərcləri və təhsillə bağlı digər xərclərin qarşılanması.

Tələblər:

  • IELTS və ya TOEFL,
  • Beynəlxalq anlayış və sülhə güclü bir bağlılığın göstərilməsi (akademik, profesional nailiyyətlər və ya şəxsi, sosial xidmətlərdə),
  • İdarəetmə bacarığı,
  • Master dərəcəsi üçün: Bakalavr dərəcəsi və minimum 3 il əlaqəli iş təcrübəsi (tam ştat və ya könüllü),
  • Sertifikat proqramı üçün: Yüksək akademik göstəricilər və minimum 5 il əlaqəli iş təcrübəsi (tam ştat və ya könüllü).

Müraciət: Online müraciət formunu doldurmaq lazımdır.

Daha ətraflı

Umea University

Təqaüdün adı: Umea University Scholarships

Universitet: Umea University

Dərəcə: Master

Proqram: Hər hansı (ingilis dilində)

Son müraciət tarixi: 15 Mart

Təqaüd: Təhsil haqqından tam və ya qismən azad olunma.

Tələblər: Umea Universitetinin Master dərəcəsinə 1 Fevrala qədər müraciət etmək. Tələbənin akademik göstəriciləri nəzərə alınır.

Müraciət: Universitetə müraciət etdikdən sonra bu proqram üçün müraciət formunu doldurmaq lazımdır.

Daha ətraflı

Swedish Institute Study Scholarships

Təqaüdün adı: Swedish Institute Study Scholarships

Universitet: İsveç Universitetləri

Dərəcə: Master (payız semestrində başlayan, 1-2 illik)

Proqram: Hər hansı . Aşağıdakı ixtisaslara öncəlik veriləcək:

  • Agriculture and food security
  • Conflict resolution, peace and security
  • Democracy, HR
  • Education
  • Engineering and technology
  • Environment and climate
  • Equality/Equal opportunities
  • Health
  • ICT and E-solutions
  • Innovation, entrepreneurship management and/or leadership
  • Law
  • Life science
  • Market development
  • Sustainable development
  • Trade and investment)

Son müraciət tarixi: 1 Dekabr – 22 Yanvar

Təqaüd: 

Tələblər: 

  • Master dərəcəsinə 15 Yanvara qədər müraciət etmək.
  • Minimum 2 il (2,800 saat) iş təcrübəsi (tam/yarım ştat/könüllü/internatura – yuxarıdakı ixtisaslar üzrə təcrübəyə öncəlik veriləcək).
  • Rəhbərlik təcrübəsi (tam/yarım ştat/könüllü/internatura/tələbə birliyi/sosial təşkilatlarda ola bilər)
  • Yüksək akademik göstəricilərə sahib olmaq
  • Əlavə olaraq tələbələr öz ölkələrinin ədalətli və davamlı inkişafına meyl göstərməlidirlər

Daha öncə İsveçdə 2 ildən artıq yaşayan, İsveçdə yaşama və işləmə izni olan, daha öncə bu proqram vasitəsilə təqaüd alan, daha öncə İsveçdə təhsil alan tələbələr bu proqramdan yararlana bilməzlər. 

Müraciət: Universitetə müraciət etdikdən sonra bu proqram üçün müraciət formunu doldurmaq lazımdır.

Daha ətraflı

University of Gothenburg Study Scholarship

Təqaüdün adı: The University of Gothenburg Study Scholarship

Universitet: University of Gothenburg

Dərəcə: Master

Proqram: Hər hansı

Son müraciət tarixi: 1-13 Fevral

Təqaüd: Təhsil haqqından azad olunma.

Tələblər: Gothenburg Universitetinin Master dərəcəsinə q’bul olmaq. Tələbənin akademik göstəriciləri nəzərə alınır. Qeyd: Əgər Guthenburg Universiteti ilk seçiminiz olarsa seçim zamanı sizə üstünlük veriləcək. 

Müraciət: Universitetə qəbul aldıqdan sonra bu proqram üçün müraciət formunu doldurmaq lazımdır.

Daha ətraflı