Təqaüd (Scholarship) əldə etmək üçün nə etməli?
- TOEFL, IELTS, GMAT, GRE, SAT (təqaüd proqramlarından və universitetlərdən asılı olaraq) kimi imtahanlardan yüksək nəticə əldə etsəniz, qiymət ortalamalarınız yüksək olarsa, yaxşı referans və motivasiya məktublarınız olarsa bir çox ölkədə təhsil və yaşayış xərclərinizi tam və ya qismən qarşılayan təqaüd proqramlarından qəbul ala bilərsiniz.
- Hər il minlərlə tələbə təqaüd proqramlarına müraciət edir. Buna görə də təqaüd verən qurumlar müraciət edən tələbələr arasında təqaüdə ən çox layiq olan tələbələri seçirlər.
- Özünüzü təqaüd verən qurumun yerinə qoyaraq empatiya edin. Siz o qurumun yerində olsaydınız özünüzə təqaüd verərdinizmi? Suala cavab verdikdən sonra öz üzərinizdə çalışmağa başlayın.
- Təqaüd proqramlarından başqa təhsil mükafatı (award) verən qurumlara da müraciət edə bilərsiniz. Bu mükafatları əldə etmək üçün tələb olunan şərtləri yerinə yetirmək (məsələn tələb olunan mövzuda inşa-essay yazmaq) lazımdır. Mükafat adətən tələb olunan şərti ən yaxşı şəkildə yerinə yetirən bir və ya bir neçə tələbəyə verilir.