Tələbələr rahat iş tapmaq üçün nə etməlidirlər?
Gənc yaşlardan peşələr haqqında düşünmək vacibdir. Çalışın ki, işləmək istədiyiniz sahədə ilk növbədə könüllü fəaliyyət göstərəsiniz. Universitetə daxil olmazdan əvvəl, yaxud peşə seçmək məcburiyyəti qarşısında qalmazdan öncə bu haqda düşünməyiniz məsləhətdir.
Sizin üçün maraqlı olan işlərin siyahısını yazın.
Hər gün sizə maraqlı olan peşələr haqqında faktlar araşdırmağa vaxt ayırın. Məsələn, hüquqşünasın yazmaq və oxumaq qabiliyyətləri olmalıdır. Daha sonra istifadə etmək üçün, söz bazası hazırlayın.
Məktəb vaxtı yazdığınız siyahıya göz gəzdirin. Təkrar oxuyun və qeydlərə nəzər salın. Hələ də özünüz üçün maraqlı hesab etdiyiniz ixtisaslar üzrə könüllü iş axtarmağınız faydalı ola bilər. Müdirə zəng edin, onlarla danışın və sizə uyğun iş əldə edənə qədər onlardan əl çəkməyin.
Siyahıya baxın, sonra sevmədiyiniz bütün işləri ixtisar edin və məqsədinizə çatmaq üçün, lazım olan ən yaxşı ixtisasın axtarışına çıxın.
Siyahıya baxın və son nəticədə növbəti 5 və ya 10 il ərzində özünüzü gördüyünüz peşəni seçin. Bu işi görən tanış insanlarla söhbətləşin. İnternetdən axtarış edin və bu işdə olan insanlara e-mail yazaraq iş barədə məsləhətlər alın.
Universitet zamanlarından seçdiyiniz sahədə könüllü olsa belə işləyin. Məzun olmağı gözləməyin. Tələbəlik vaxtlarından bacardığınız qədər tez çox iş görməyə çalışın. Bacardığınız qədər istədiyiniz işin içinə daxil olun.
Universiteti bitirmədən heç olmaya bir xarici dil öyrənin.
Bunun üçün gələcəyinizi Universal Tədris Mərkəzinizə əmanət edə bilərsiniz.