Polşanın Vistula universitetinə azərbaycanlı tələbələrin sənəd qəbulu davam edir. Universitetdə biznes, menecment, maliyə, turizm və başqa ixtisaslar üzrə tələbə qəbulu aparılır.
Qeyd edək ki, universitetdə tədris dili ingilis dilidir və universitetə qəbul olmaq üçün IELTS vəya TOEFL ingilis dili sertifikatı tələb olunmur.
Müəllim heyəti arasında dünyaca məşhur maliyyəçi və iqtisadçılardan Professor Krzysztof Rybinski – Polşa Milli Bankının keçmiş vitse-prezidenti, Andrzej Olechowski – Polşanın keçmiş maliyyə naziri, Roman Fulneczek – Daewoo Insurance Company-nin İdarə Heyətinin keçmiş prezidenti və digər mütəxəssislər var.
Siz bu universitetə daxil olmaqla yuxarıda göstərilən ixtisaslar üzrə yüksək keyfiyyətli təhsil almaq şansı qazanacaqsınız. Təhsil haqqı 3500 avro təşkil edir. Qəbul şərtləri haqda daha ətraflı tanış ola bilmək üçün bizimlə əlaqə saxlayın.