İnsanların bir-birini narahat etmədiyi, cinayət səviyyəsinin aşağı olduğu bir ölkədir;
Avropa Birliyi və dünyanın digər ölkələrindən tələbələrin universitet təhsili üçün üstün tutduğu önəmli ölkələrdən biridir;
Macarıstan Avropa ölkələri arasında ən yaxşı təhsil verən 5 ölkədən biridir;
Bakalavr təhsili 3 illikdir;
Təhsil dili ingilis və macar dilləridir;
Macarıstanda məzun olduqdan sonra xarici tələbələr 1 il işləmək və yaşamaq hüququna malikdirlər.
Macarıstan universitetlərində bir yarımil oxuduqdan sonra universitetlərarası Erasmus və Sokrates tələbə dəyişimi proqramları vasitəsilə Avropanın hər hansı bir ölkəsində ödənişsiz universitet təhsili almaq imkanı.
Təhsil və yaşayış xərcləri
Təhsil haqqı: universitet və fakültədən asılı olaraq illik €3.000-11.000
Yaşayış xərcləri: ortalama €600
Bəzi Universitetlər
University of Debrecen – Beynəlxalq dərəcədə tanınmış və prestijli bir universitetdir. Tibb sahəsində çox məşhurdur. Tibbdən əlavə Mühəndislik, İdarəetmə, Sosial Elmlər, Humanitar Elmlər və digər bir çox sahələrdə təhsil verir.
Corvinus University of Budapest – Akademik uğurları, beynəlxalq akademik bağlantıları ilə dünyada tanınmış, Macarıstanda isə yüksək səviyyəli universitetlərdən biridir. Beynəlxalq İdarəetmə, Sosiologiya, Qida Mühəndisliyi və digər sahələrdə təhsil ala bilərsiniz.
University of Szeged – Macarıstan və Orta Avropanın ən önəmli universitetlərindən biridir. Tibb sahəsində çox məşhurdur. Tibbdən əlavə Kənd Təsərrüfatı, İncəsənət, İqtisadiyyat və Biznes Adminstrasiyası, Musiqi, Elm və İnformatika sahələrində təhsil ala bilərsiniz.