İTALİYADA TƏQAÜDLU TƏHSİL

Niyə İtaliya?

  • Qəbul olmaq çətin deyil. Xarici tələbələr üçün yerlərin sayı məhdud olsa da, İtaliya universitetlərinə qəbul olmaq nisbətən asandır və qəbul qaydaları və tələbləri olduqca sadədir. Çox sahələrdə giriş imtahanları (tibb, hüquq, arxitektura kimi proqramlar istisna olmaqla) yoxdur, hətta bir çox universitetdə İngilis dili və ya İtalyan dili bilik sertifikatı göstərmək tələb olunmur. Ərizəçi sadəcə attestat+1 il universitet təhsili (bakalavr üçün) və ya diplom və son kursda oxuduğu haqqında arayışla müraciət edə bilər. Dil səviyyəsini sertifikat olmadan skype interview vasitəsi ilə sübut etmək mümkündür.
  • Aşağı təhsil haqqı və dövlət təqaüdləri: Xarici tələbələrdən maliyyələşdirmə ehtiyacı olanlara dövlətin sosial təqaüd imkanları mövcuddur. Buna görə, bir tələbə ildə ən azı 5,000 EUR ətrafinda təqaüd ala bilər ki, üstəlik təhsil haqqıdan da azad olunur. (Təhsil haqqılar normalda 2000-4000 EUR ətrafında olur).
  • Seçim azadlığı: Azərbaycanlı tələbələri təəccübləndirə bilər, lakin İtaliyanın bir çox ali məktəbində keçiriləcək dərs və müəllimi tələbə özü seçir (ixtisası üçün lazımı dərslər çərçivəsində əlbəttə)
  • Dizayn və memarlıq: İtaliyada təhsil almağa dəyər dediyimiz ən yaxşı ixtisaslardan əlbəttə dizayn, memarlıq, şəhər planlamasıdır və inşaat mühəndislikləridir. Bu proqramlar Bologna Univeristeti və ya Milan Politexnik Universiteti kimi tarixi və məhşur universitetlərdə və Turin Politexnik kimi digər texniki universitetlərdə ingiliscə tədris olunur.
  • Yuxarıda da qeyd olunduğu kimi, İtaliyada bir çox universitetdə ingiliscə təhsil var. İtaliya təhsil almaq üçün xaricilərin üstünlük verdiyi ən populyar ölkələrdən biri olduğundan, demək olar ki ingilis dilində istənilən prqram var, və artıq universitetlərdə proqramların 40 faizindən çoxu bu dildə tədris olunur.
  • İtaliyada təhsil alarkən, xarici tələbələr həftədə 20 saata qədər işləyə bilərlər.
  • Xarici şagird stajer kimi işləmək imkanı da əldə edir və ayda 300EUR-dan 1000EUR-a qədər qazana bilər. Stajın uğurla başa çatması ilə uzunmüddətli iş müqaviləsi imzalamaq imkanı da olur.
  • İtaliyada ingiliscə tibb də mövcuddur. Tor Vergata, Napoli Federico, Pavia və Napoli Seconda kimi dövlət universitetlərində Müalicə işi və Cərrahiyyə kimi ingilis dilində 6 illik proqramlar mövcuddur.
  • Bakalavr təhsili 3 il, magistratura təhsili 2 ildir.
Italiyada-magistr-tehsili-e1447059261381

Məhşur universitetlərdən:

Universitet: Bocconi University

Şəhər: Milan

QS World Subject ranking: #10

İxtisaslar: International Management, Business, Economics, Management, Finance, Marketing

Təhsil haqqı: 12,186 €( Təqaüd mümkündür)

Tələblər: IELTS (B2)/SAT/Entrance Exam

Universitet: Politecnico di Milano University

Şəhər: Milan

QS World Subject ranking: #156

İxtisaslar: Memarlıq, Dizayn və hər cür Mühəndislik sahələri

Təhsil haqqı: 3898,20 € (Təqaüd mümkündür, tamamilə ödənişsiz oxumaq)

Tələblər: Skype interview / Yerli sertifikat / IELTS

Universitet: Bologna University

Şəhər: Bologna

QS World Subject ranking: #180

İxtisaslar: Management, Finance, Engineering, International Relations

Təhsil haqqı: 3-4.000 € ( Təqaüd mümkündür, tamamilə ödənişsiz oxumaq)

Tələblər: Skype interview / Yerli sertifikat / IELTS

Universitet: Sapienza University of Rome

Şəhər: Rome

QS World Subject ranking: #217

İxtisaslar: Management, Finance, Economics, European Studies, Fashion, Mühəndisliklər

Təhsil haqqı: 1.000-3.000 € (Təqaüd mümkündür, tamamilə ödənişsiz oxumaq)

Tələblər: Skype interview / Yerli sertifikat / IELTS