İNGİLTƏRƏ

Niyə İngiltərə?uk

  • Dünya dili olan İngilis dilini oyrənməyin an yaxşı yolu həmin dilin ana vətənində yaşayaraq oyrənmək və praktika etməkdir.
  • İngiltərəni məxsusi edən sadəcə onun təhsil keyfiyyəti və standartları deyil, bunun yanında tələbələrə təqdim etdiyi müxtəlif imkanlardır. İngilis hökümətinin full-time təhsil alanlara təmin etdiyi həftədə 12 saat iş icazəsi də sizin bəzi xərclərinizi ödəməyə kömək edəcək. 6 aydan çox davam edən dil təhsili, bakalavr və magistr təhsili almaq üçün gələn tələbələr Milli Səhiyyə Xidmət sığortası cərçivəsində ödənişsiz səhiyyə xidmətlərindən faydalana bilərlər.
  • İngiltərədə bakalavr təhsilinin 3 il və magistr təhsilinin 1 ildə bitirilməsi sizə iqtisadi baxımdan də yararlı olması ilə birlikdə həyata daha tez atılmanıza yardım edəcəkdir.
  • Möhtəşəm təbii gözəllikləri, tarixi sarayları, qalaları, bənzərsiz parkları və hər kəsə xitab edən zəngin sosial fəaliyyətləri ilə İngiltərə sizə keyfiyyətli təhsilin yanında yüksək həyat standardı təqdim edir, Avropa ölkələrinə getmətin asanlığı bu ölkələri səyahət etməniz və Avropanı tanımanzı asanlaşdırcaqdır.
  • İngiltərə coğafi olaraq Avropanın sərhədləri daxilində, ancaq mədəniyyət olaraq kozmopolit quruluşu ilə Avropadan daha çox Amerikaya yaxın görünən bir ada ölkəsidir. Çox mədəniyyətli və demokratik quruluşu ilə demək olar ki, dünya milllətlərindən insanları birləşdirir. Təhsil həyatınn ən önəmli pillələrindən biri olan və bəlkə də həyata açılan qapı rolunu oynayan universitet təhsilini belə mədəniyyət baxımından zəngin bir atmosferdə bitirmək, həm dünyada həm də Azərbaycanda sizi daha yaxşı iş imkanları və karyera hədəflərinə çatdıracaqdır.
  • Sanki qlobal kənd halına gəlmiş dünyamızda İngilis dili bilmək imtiyazlı olmaq hesab edilmir və bir tələbat halına gəlmişdir.

Öyrənəcəyiniz dillər: İNGİLİS DİLİ

VACİB QEYDLƏR:

Akademik kvafilikasiya: Tanınmış və yaxşı dərəcədə orta məktəb diplomu ümumiyyətlə qəbul edilmə ehtimalı yüksəkdir. Bəzi universitetlər və ya fakultələr bir illik kurs olan Foundation bitirməyi və ya A-level kursu bitirməyi şərt kimi irəli sürə bilər.

Dil tələbatı: Bütün dərslər İngilis dilində keçiriləcəyinə görə tələbələr yaxşı səviyyədə şifahi və yazılı İngilis dili biliklərinə sahib olmalıdırlar. IELTS testindən müxtəlif fakultələr üçün 5.5-7.0 arası bal almaq və ya ona uyğun TOEFL balın alınması şərtdir.

Müraciət üçün tələb olunan sənədlər:

  • Müraciət formu
  • Son təhsil müəssisəsindən diplom və qiymət cədvəli
  • Motivasiya (Məqsəd) məktubu
  • IELTS və ya TOEFL kimi İngilis dili üzrə kafilik göstəricisi
  • Akademik rəy
  • Sənət və dizayn fakultəsinə müraciət edirsinizsə keçmiş işləriniz
  • MBA kimi peşə orientasiyası lazım olan fakultələr üçün professional iş təcrübəsi

XƏRCLƏR:

  • Təyyarə bileti – 500 sterlinq
  • Viza – 100 sterlinq
  • Qeydiyyat xərci – 500 sterlinq
  • Kirayə(10 ay) – 3000 sterlinq
  • Yemək(10 ay) – 3000 sterlinq
  • Cib xərcliyi(10 ay) – 2000 sterlinq
  • Nəqliyyat – 100 sterlinq
  • Universitet xərci orta hesabla 8000 – 30.000 sterlinq arasında dəyişir.