AVSTRALİYA

Niyə Avstraliya?australia

  • Rəsmi və təhsil dili ingilis dilidir;
  • Dünyada ən yaxşı 100 universitetdən 7-si, ilk 400 universitetdən 21-i Avstraliyadadır;
  • Dünyada 30 ən yaxşı tələbə şəhərlərindən 5-i Avstraliyadadır;
  • Avstraliya universitetlərinin diplomu dünyanın hər yerində tanınır;
  • Universitetlərdə qərb standartlarında təhsil verilir;
  • Avstraliyada çox mədəniyyətlilik siyasətinə əsasən heç kimin inancına, geyiminə-keçiminə müdaxilə olunmur;
  • Avstraliya həyat standartlarına görə dünyanın ən yaxşı ölkələri arasındadır;
  • Dünyanın ən xoşbəxt ölkələri sırasında ilk yerlərdədir.

Müraciət üçün tələb olunan sənədlər:

  • Bakalavr üçün məktəb diplomu (şəhadətnaməsi) və qiymət cədvəlinizi göstərən sənəd, Master üçün bakalavr diplomu və qiymət cədvəlinizi göstərən sənəd;
  • IELTS və ya TOEFL nəticəsi (nəticəsi aşağı olan tələbələr dil kurslarına qatılaraq istənilən səviyyəyə gəldikdən sonra universitet təhsilinə başlaya bilərlər);

Təhsil haqqı:

Bakalavr – AU$15,000 – AU$33,000
Magistratura – AU$20,000 – AU$37,000

Yaşayış xərcləri:

Şərikli kirayə – AU$70 – AU$250 (həftəlik)
Universitet yataqxanası – AU$80 – AU$250 (həftəlik)
Ailə yanında – AU$110 – AU$270 (həftəlik)
Kirayə – AU$100 – AU$400 (həftəlik)