1. Gözlənilməyən vəziyyətlərlə qarşılaşa bilərsiniz, buna hazır olun (məsələn, heç tanımadığınız biri sizinlə salamlaşıb, sizinlə tanışlığına məmnun olduğu söyləyə bilər);
2. Getməzdən əvvəl bir neçə açar söz və ifadələr öyrənməyə çalışın;
3. Paketlədiyiniz bütün paltarların hamısını geyinməyəcəksiniz;
4. Çantalarınızın hamısını (adınız, email və nömrənizi yazmaqla) işarələyin ;
5. Artıq skype sizin ən yaxşı dostunuzdur;
6. Önəmli adları, ünvanları və telefon nömrələrini Google doc-da (https://docs.google.com) saxlayın, bu məlumatları itirdiyinizdə Google doc-dan asanlıqla bərpa edə bilərsiniz;
7. Kredit kartınızı xaricdə necə çalışacağını əvvəlcədən öyrənin;
8. Gedəcəyiniz ölkədə pul sistemini öncədən öyrənin;
9. Əksər ölkələrin ictimai nəqliyyatı rahat və sərfəlidir, odur ki, bundan faydalanın;
10. Gedəcəyiniz ölkədə özünüzlə həmişə şəhərin xəritəsini gəzdirin;
11. Adları qəribə gəlsə də fərqli mətbəxlərin yeməklərinin dadına baxın, çox qısa vaxtda bunlardan biri sizin ən sevdiyiniz yeməyə çevriləcəkdir;
12. Qəribə Amerikan-stilli barlardan uzaq durun;
13. Yerli əhali ilə dost olmağa çalışın;
14. Yadda saxlayın ki, tanımadığınız yerdə yolu itirmək başınıza gələ biləcək ən pis şey deyildir;
15. Etdiyiniz bütün qorxunc səhvlərə baxmayaraq günün sonunda anlayacaqsınız ki, əslində siz öz başınızın çarəsinə baxa bilərsiniz;
Belə ki, əylənin!
Xaricə getməzdən əvvəl bilməniz gərəkən 15 fakt