Türkiyə Bursları:
«Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı» tərəfindən hər ay
- Bakalavr >>> 600 TL
- Magistr >>> 850 TL
- Doktorantura >>> 1200 TL
- Tədqiqat (Araşdırma) >>> 3000 TL
Əlavə olaraq:
- Təhsil haqqı
- Yataqxana
- Müvəqqəti yaşayış üçün qeydiyyat məbləği (İkamet Tezkeresi ücreti)
- Sosial sığorta
- Türkiyə Respublikasına ilk giriş və son çıxış biletləri
- Türkiyə Respublikası daxilində digər tələbə güzəştlərindən istifadə haqları
- Ödənişsiz Türk dili təhsili (1 il)
Kimlər Müraciət Edə Bilər?
- Türkiyə Respublikasından başqa bir ölkədə təhsil almaqda olan son kurs şagird/tələbələri yaxud məzunlar
- Bakalavr üçün 01.01.1995 təvəllüdü və sonrası
- Magistr üçün 01.01.1986 təvəllüdlü və sonrası
- Doktorantura üçün 01.01.1981 təvəllüdlü və sonrası
- Araşdırma (tədqiqat) üçün 01.01.1971 təvəllüdlü və sonrası
- Səhhətində təhsil almağa mane olabiləcək bir problemi olmayanlar
Kriteriyalar:
- Bakalavr üçün dərs qiymət ortalaması 75%
- Magistratura və doktorantura üçün dərs qiymət ortalaması 75%
- Tibb üçün dərs qiymət ortalaması 90 %
Müraciət tarixləri:
- Fevral-Mart ayları
Necə Müraciət Etməli?
- Online müraciət (www.turkiyeburslari.gov.tr)
- Müraciətə başlarkən hər bir ixtisas üçün spesifik şərtləri görmək mümkündür
- 113 universitet
- 12 seçim haqqı
Tələb Edilən Sənədlər:
- Diplom
- Transkript
- TQDK imtahan nəticəsi
- Beynəlxalq imtahan nəticəsi (varsa) (GMAT, GRE və s.)
- İki tövsiyə məktubu
- Niyət məktubu
- Digər (Pasport, hərbi bilet, şəkil və s.)