Təqaüdün adı: Humber International Entrance Scholarships
Universitet: Humber College
Dərəcə: Bakalavr
Proqram: Humber College-də hər hansı bakalavr proqramı
Son müraciət tarixi: 25 May / 5 Oktyabr (hər il)
Təqaüd: Tam təhsil haqqının ödənilməsi və $5,000. Təqaüd tələbənin oxuduğu müddət ərzində hər il 75% GPA göstəricisinə əsasən veriləcəkdir.
Müraciət: Müraciətlər tələbənin akademik göstəricilərinə, referans məktublarına və motivasiya məktubuna əsasən təyərləndiriləcəkdir.
Təqaüd proqramına müraciət etmək üçün ilk əvvəl universitetə (seçdiyiniz ixtisasa) qəbul üçün müraciət etmək lazımdır. Universitetdən qəbul aldıqdan sonra təqaüd proqramına müraciət etmək olar. Təqaüd proqramına müraciət formu Universitetin qəbul məktubu ilə birlikdə göndərilir.