Danish Government Scholarships

Təqaüdün adı: Danish Government Scholarships for Non-EU/EEA Students

Universitet: Danimarkanın Ali təhsil müəssisələri

Dərəcə: Bakalavr / Master

Proqram: Hər hansı proqram

Son müraciət tarixi: Mart-Aprel / Sentyabr-Oktyabr

Təqaüd: Universitetə görə dəyişir. Təqaüdə tam və ya yarı təhsil haqqından azad olunma və/yaxud yaşayış xərclərinin qarşılanması daxildir.

Tələblər: Danimarka Universitetlərindən birinə qəbul olmaq və Danimarkada təhsillə əlaqədar müvəqqəti yaşayış izninə sahib olmaq

Müraciət: Universitetə müraciətlə birgə edilir.

Daha ətraflı

Danish State Tuition Fee Waivers and Scholarships at Roskilde University

Təqaüdün adı: Danish State Tuition Fee Waivers and Scholarships at Roskilde University

Universitet: Roskilde University

Dərəcə: Master

Proqram: Roskilde Universitetində təklif olunan Master proqramları

Son müraciət tarixi: 1 Mart

Təqaüd: Yaşayış xərcləri üçün aylıq DKK 7,800 (təxminən €1050).

Tələblər: Roskilde Universitetinin Master dərəcəsinə qəbul olmaq. 

Müraciət: Universitetə müraciətlə birgə edilir.

Daha ətraflı

IT University of Copenhagen State Scholarships

Təqaüdün adı: IT University of Copenhagen State Scholarships

Universitet: IT University of Copenhagen 

Dərəcə: Master

Proqram: Hər hansı

Son müraciət tarixi: 1 Aprel / 1 Oktyabr

Təqaüd: Təhsil haqqından azad olunma və yaşayış xərclərinin qismən qarşılanması.

Tələblər: IT Copenhagen Universitetinin Master dərəcəsinə qəbul olmaq. Təqaüd ən yaxşı akademik göstəriciləri olan tələbələrə veriləcək.

Müraciət: Universitetə müraciət etdikdə tələbə avtomatik olaraq təqaüd proqramına müraciət etmiş olur.

Daha ətraflı

Strategic scholarships for highly talented students at Aarhus University

Təqaüdün adı: Strategic scholarships for highly talented students at Aarhus University

Universitet: Aarhus University

Dərəcə: Master

Proqram: Aarhus Universitetində təklif olunan Master proqramları

Son müraciət tarixi: 15 Yanvar / 15 Sentyabr

Təqaüd: Təhsil haqqından tam azad olunma və (bəzi hallarda) aylıq əlavə təqaüd.

Tələblər: Aarhus Universitetinin Master dərəcəsinə müraciət etmək. Təqaüd yalnız çox yüksək akademik göstəriciləri olan tələbələrə veriləcək.

Müraciət: Universitetə müraciət etdikdən sonra tələbə avtomatik olaraq təqaüd proqramlarına müraciət etmiş olur.

Daha ətraflı