Niyə Polşa?
- Polşa universitetləri xarici tələbələri məmnuniyyətlə qarşılayırlar;
- Polşada keyfiyyəti isbatlanmış, dünya səviyyəsində universitetlər mövcuddur;
- Bakalavr 3, magistratura 2, doktorantura 3 illikdir;
- Polşanın 5 universiteti dünyanın ən yaxşı 500 universiteti içərisindədir;
- Polşada məzun olan tələbələrin 2 il Polşada işləmək və yaşamaq haqqı var;
- Polşa universitetlərində bir yarımil oxuduqdan sonra universitetlərarası Erasmus və Sokrates tələbə dəyişimi proqramları vasitəsilə Avropanın hər hansı bir ölkəsində ödənişsiz universitet təhsili almaq imkanınız olacaq.
Ümumi məlumat:
Polşa orta Avropada yerləşən bir ölkədir. Qonşuları: Almaniya, Rusiya, Litva, Belarus və Ukraynadır. Polşa avropa birliyinə üzv ölkə olaraq bir çox xarici investorları özünə cəlb etmişdir. Polşada qeydiyyat haqqı olan bir şəxs Avropa Birliyindəki istədiyi bütün ölkələrə vizasız giriş çıxış haqqı əldə edir.
Polşada universitet təhsili:
Ölkədəki Dövlət və Özəl universitetlərin Avropa standartlarına uyğun və ya bu standartlara yaxın fəaliyyət göstərməsi Polşanın Avropaya inteqrasiya yolunda əmin addımlarla irəlilədiyə bir sübutdur. Bu universitetlər içində kökləri yüzillərə dayanan və Avropa universitetlər birliyinə üzv, yəni diplomu bütün Avropa Birliyi ölkələrində tanınan təhsil müəssisələri də var. Həm də Polşa Şərqi Avropada dünyanın ən yaxşı 500 universiteti siyahısında 2 universiteti olan yeganə ölkədir.
Vacib qeydlər:
Viza üçün ən az 1 illik səyahət sığortası, 4 ədəd fotoşəkil, universitetin qəbul məktubu lazımdır. Universitetlər oktyabrın ilk həftəsi açılır. Ən gec 1 oktyabrda Polşada olmaq lazımdır.
Xərclər:
- Təyyarə bileti: 300 avro tək gediş
- Viza: 60 avro
- Qeydiyyat: 100 avro
- Yataqxana və yemək: illik 3500 avro
- Transport xərcləri: şəhərdaxili illik 150 avro
- Təhsil haqqı: 1500 – 4000 avro arasında