Proqramın Tarixi
01 İyul – 15 İyul 2018
Son müraciət tarixi
24 Fevral 2018
Yaş aralığı
11 – 17 yaş
Proqram
40 saat ingilis dili tədrisi və əyləncəli praktika
Mərkəz
London – İngiltərə


- Docklands - London
University of East London - £ 2050/ 2 həftə
- 11 - 17 yaş
- 17 iyun - 19 avqust
- 1 nəfərlik suit otaq

- Mile End - London
Queen Mary University - £ 2070/ 2 həftə
- 12 - 17 yaş
- 17 iyun - 12 avqust
- 1 nəfərlik suit otaq

- Cambridge
Bellerbys College - £ 1920/ 2 həftə
- 12 - 17 yaş
- 1 iyul - 5 avqust
- 1 nəfərlik standart otaq

- Oxford
Oxford Brookes University - £ 1920/ 2 həftə
- 12 - 17 yaş
- 24 iyun - 12 avqust
- 1 nəfərlik standart otaq
Proqramın Tarixi
İyul – Avqust 2018
Son müraciət tarixi
14 İyul 2018
Yaş aralığı
11 – 17 yaş
Proqram
40 saat ingilis dili tədrisi və əyləncəli praktika
Mərkəz
İngiltərə
- QRUP PROQRAMI
-
Proqramın Tarixi
01 İyul – 15 İyul 2018
Son müraciət tarixi
24 Fevral 2018
Yaş aralığı
11 – 17 yaş
Proqram
40 saat ingilis dili tədrisi və əyləncəli praktika
Mərkəz
London – İngiltərə
YAY MƏKTƏBİ MƏRKƏZİMİZ - FƏRDİ PROQRAM
-
- Docklands - London
University of East London - £ 2050/ 2 həftə
- 11 - 17 yaş
- 17 iyun - 19 avqust
- 1 nəfərlik suit otaq
- Mile End - London
Queen Mary University - £ 2070/ 2 həftə
- 12 - 17 yaş
- 17 iyun - 12 avqust
- 1 nəfərlik suit otaq
- Cambridge
Bellerbys College - £ 1920/ 2 həftə
- 12 - 17 yaş
- 1 iyul - 5 avqust
- 1 nəfərlik standart otaq
- Oxford
Oxford Brookes University - £ 1920/ 2 həftə
- 12 - 17 yaş
- 24 iyun - 12 avqust
- 1 nəfərlik standart otaq
Proqramın Tarixi
İyul – Avqust 2018
Son müraciət tarixi
14 İyul 2018
Yaş aralığı
11 – 17 yaş
Proqram
40 saat ingilis dili tədrisi və əyləncəli praktika
Mərkəz
İngiltərə
- İngilis Dili Tədrisi
- Proqram
- Ekskursiyalar
- Qalma Yeri və Yemək
- Ödənişə Daxil Olan Xidmətlər
- Tələb Olunan Sənədlər
Həftədə 20 saatlıq ingilis dili dərsləri ana dili ingilis dili olan müəllimlər tərəfindən tədris olunacaqdır. Məktəbin ilk günü şagirdlərin səviyyə ölçmə imtahanı olacaq və nəticələrə əsasən şagirdlər uyğun siniflərə yerləşdiriləcəklər. Şagirdlər maksimum 15 nəfərlik siniflərdə dünyanın fərqli ölkələrindən gələn digər şagirdlərlə ingilis dilini öyrənmə və praktika etmə fürsəti əldə edəcəklər. Şagirdlər dərsliklər və köməkçi materiallarla təmin olunacaq və kursun sonunda şagirdlərə sertifikat təqdim olunacaq.
Şagirdlər iki həftə ərzində çox rəngarəng bir proqramda iştirak edəcəklər və ingilis dili dərslərinin xaricində Londonun ən məşhur yerlərini ziyarət etmə fürsəti əldə edəcəklər. Həftə sonları isə London ətrafı şəhərlərə gəzintilər təşkil olunacaq. Dərslər həftə içində bir həftə günortadan əvvəl, digər həftə günortadan sonra ola biləcəyi kimi bir tam gün dərs, bir tam gün gəzinti şəklində də ola bilər.
London daxilində yarım günlük səyahətlər:
- Muzey səfərləri: London Science Museum, British Museum, National History Museum
- Gəzintilər: London Walking Tour, Tower of London, Leicester Square, China Town, Canterbury with Walking Tour, Hyde Park Tour, River Thames Cruise və s.
- Atraksiyonlar: Emirates Cable Cars, Madame Tussauds Museum, London Eye
- Alış-veriş: Westfield Shopping, Covent Garden Shopping, Oxford Street Shopping
Həftəsonu tam günlük səyahətlər:
- Canterbury: Canterbury şəhərində tam günlük gəzinti və “Canterbury Tales” turu
- Cambridge: Cambridge şəhərində tam günlük gəzinti və “Kings’s College” turu
Qalma Yeri Temza çayına baxan 6 binadan birindədir. Şagirdlərimiz 1 nəfərlik, en-suit otaqlarda qalacaqlar. Otaqlar yüksək səviyyədə təmir olunub və hər bir otaqda duş otağı və tuvalet mövcuddur. Şagirdlər həmçinin yataqxanadakı çamaşırxana imkanlarından da rahatlıqla istifadə edə bilərlər. Qız və oğlan şagirdlərin qaldıqları yerlər ya fərqli mərtəbələrdə, ya da fərqli binalardadır.
Yeməklər gündə 3 dəfə olmaqla universitetin yeməkxanasında veriləcək. Docklands çoxmillətli mərkəz olduğuna görə burada hər kəsin yeyəbiləcəyi yemək alternativləri mövcuddur.
- Qeydiyyat
- Viza rüsumu
- Dil kursu və sertifikat
- Kitab və materiallar
- Sağlıq sığortası
- Bir nəfərlik suit otaqlarda qalma
- Səhər, günorta və axşam yeməkləri
- Proqram müddətində professional rəhbərlər
- Günlük nəqliyyat vasitələri
- Wi-Fi internet
- Gəzinti və əyləncə mərkəzlərinin ödənişləri
- Şagird və valideyn ilə 24 saat əlaqə saxlamaq imkanı
1. Pasport
2. Şagirdin doğum haqqında şəhadətnaməsinin surəti və ingilis dilində tərcümə və təsdiqi
3. Şagirdin şəxsiyyət vəsiqəsinin surəti
4. Valideynin iş yerindən arayış (ingilis dilində vəya ingilis dilinə tərcümə və təsdiq edilmiş halda)
5. Valideynin maaş kartından son 6 ayın çıxarışı (əgər maaş plastik kart ilə ödənilirsə)
6. Bank məktubu (ingilis dilində, təqribi 3000 AZN) və hesabdan çıxarış
7. Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti və ingilis dilində tərcümə və təsdiqi
8. Şagirdin oxuduğu məktəbdən ingilis dilində arayış
9. 750$ məbləğində depozit
10. Məktəb tərəfindən təyin olunacaq rəhbər müəllim ilə birlikdə şagirdin İngiltərəyə səyahət edə bilməsinə dair notariusdan valideynlərin 2 ədəd razılıq ərizəsi:
– 1 ədəd azərbaycan dilində;
– 1 ədəd notariusdan ingilis dilinə tərcümə və təsdiq edilmiş halda;
– Ərizədə rəhbər müəllimin adı, soyadı və pasport nömrəsi qeyd olunmalıdır.