NİYƏ BİRLƏŞMİŞ KRALLIQDA TƏHSİL?
- Top 10 Universitetdən 4-ü Birləşmiş Krallıqdadır (Cambridge, Oxford, UCL, Imperial College London);
- Birləşmiş Krallıq dünyada universitet-sənaye əməkdaşlığı üzrə top 5 ölkə arasındadır;
- Birləşmiş Krallıqda 86% (91% bakalavr) tələbə razılığı vardır;
- Birləşmiş Krallıq elmi və tədqiqat müəssisələrinin keyfiyyətinə görə dünyada 2-ci yerdədir;
- Birləşmiş Krallıq Universitetləri və müəssisələri 107 Nobel mükafatının sahibidir;
- Hər iki şirkətdən biri (70%) Universitetlərlə əlaqədədirlər;
- Restoranlarda, mağazalarda və digər yerlərdə tələbə endirimləri mövcuddur.
BİRLƏŞMİŞ KRALLIQDA UNİVERSİTET TƏHSİLİ SİSTEMİ
- Bakalavr təhsili əsasən 3 il, Master təhsili 1 ildir;
- Tibb təhsili 4 dil bakalavr və 7 il (maksimum) ixtisas təlimindən ibarətdir;
- Təhsil ili Sentyabr-Dekabr, Yanvar-May ayları;
- Universitetlərdə təhsil ala biləcəyiniz minlərlə ixtisas vardır;
- Təhsil müddətində ixtisasınıza uyğun müxtəlif mövzular arasından istədiyiniz modul və unit-ləri seçmə imkanınız vardır;
- İki fərqli ixtisas üzrə təhsil almaq istəyirsinizsə bir çox Universitetlər kombinasiya edilmiş ixtisaslar təklif edirlər (məsələn, Fəlsəfə və İngilis ədəbiyyatı);
- İstəyinizə uyğun əyani (full-time) və ya qiyabi (part-time) təhsil alma imkanınız vardır;
- Bakalavr dərəcəsini 1-2 ilə bitirmək istəyənlərə qısa kurslar təklif olunur;
- İngilis dilini kifayət qədər bilmədikdə Universitet təhsilindən öncə hazırlıq (foundation) təklif olunur;
- Ölkəni tərk etmədən online təhsil alma imkanı.
QƏBUL ŞƏRTLƏRİ
Hazırlıq (foundation): orta təhsil, dil sertifikatı
Bakalavr: 12 illik orta təhsil (və ya 11 illik orta təhsil+hər hansı bir universitetdə 1 kurs), dil sertifikatı (IELTS: 5.5-6.0)
Magistr: ixtisasa uyğun bakalavr dərəcəsi, dil sertifikatı, universitetdən asılı olaraq motivasiya məktubu (IELTS: 6.0-7.5)
NƏ VAXT MÜRACİƏT ETMƏLİ?
Bakalavr təhsili üçün son müraciət tarixi 15 Yanvardır.
Cambridge və Oxford Universitetlərinə və tibb, diş həkimliyi kimi ixtisaslara son müraciət tarixi 15 Oktyabrdır.
VİZA
Viza üçün müraciət dərslər başlamazdan ən az 3 ay əvvəl edilməlidir. Universitet təhsili üçün Tier 4 vizası lazımdır. Viza müraciətinin nəticəsi 10 gün ərzində bəlli olur.
Viza müraciəti üçün tələb olunan sənədlər:
- Maliyyə vəziyyətini və təhsil dərəclərini göstərən sənədlər
- Müsahibədən keçmək (interview) və ya biometrik məlumatları təqdim etmək
- İngilis dili sertifikatı
TƏHSİL MÜDDƏTİNDƏ İŞ
Təhsil müddətində işləyə bilmə, iş yerləri və saatları təhsil aldığınız müəssisədən və viza tipindən asılıdır. Ümumilikdə tələbələr təhsil aldıqları dərəcədən asılı olaraq semestr ərzində 10-20 saat, istirahət günlərində isə tam iş günü işləyə bilərlər.
Təhsil müddətində kursun bir hissəsi olaraq işləyərək təcrübə keçmə imkanları da mövcuddur.
TƏHSİL HAQQI VƏ DİGƏR XƏRCLƏR
- Bakalavr təhsili: £3,500 – £18,000
- Bakalavr sonrası təhsil: £9,000 – £26,000
- Yaşayış xərcləri həftəlik: £240.89 ≈ $370 (kirayə daxil ortalama)
TƏQAÜD İMKANLARI
Birləşmiş Krallıqda əksər universitetlərdə təqaüd imkanları vardır. Təqaüdlər təhsil haqqından tam və ya qismən azad olma, bəzi xərclərin ödənilməsi və ya aylıq, illik məbləğ (təxminən £300-£1000) şəklindədir. Bəzi universitetlərə müraciət zamanı tələbələr avtomatik olaraq təqaüd proqramları üçün də nəzərə alınırlar.