Proqramın Tarixi
30 İyun – 13 İyul 2017
Son müraciət tarixi
25 Fevral 2017
Yaş aralığı
11 – 17 yaş
Ünvan
New York, USA
- Niyə Amerikada Yay Məktəbi?
- Bizim Fərqimiz
- Proqram
- İngilis Dili Tədrisi
- Qalma Yeri və Yemək
- Ekskursiyalar
- Ödənişə Daxil Olan Xidmətlər
- Müraciət Üçün Tələb Olunan Sənədlər
Bu yay həm ingilis dili biliklərinizi inkişaf etdirmək, həm də dünyanın ən məşhur şəhərlərini gəzib yay tətilinizdən zövq almaq istəyirsinizsə sizi New Yorkdakı Yay Məktəbi proqramımıza dəvət edirik! İnteraktiv ingilis dili dərsləri ilə hədəfinizdə olan dili səviyyəsinə doğru əmin addımlarla irəliləyərkən dərsdən sonra və həftə sonları təşkil olunacaq şəhər turları və sosial fəaliyyətlər ilə unudulmaz bir tətil yaşamaq artıq daha asan olacaq.
Universal Tədris Mərkəzinin bu cür yay məktəbi proqramları təşkil edən digər şirkətlərdən ən böyük fərqi odur ki, hər 5 nəfərlik qrup üçün 1 nəfər rəhbər təyin edərək nəzarəti və xidməti yüksəldirik. Valideynlər bu müddət ərzində həmin rəhbərlər vasitəsi ilə öz övladları və proqramın gedişatı haqqında ətraflı məlumat əldə edə bilərlər.
Şagirdlər iki həftə ərzində çox rəngarəng bir proqramda iştirak edəcəklər və ingilis dili dərslərinin xaricində New York şəhərinin ən məşhur yerlərini ziyarət etmə fürsəti əldə edəcəklər. Həftə sonları isə Washington DC və Boston şəhərlərinə gəzintilər təşkil olunacaq.
Həftəlik 20 saat təşkil edən İngilis dili dərsləri ana dili ingilis dili olan müəllimlər tərəfindən tədris olunacaq. Məktəbin ilk günü şagirdlərin səviyyə imtahanı olacaq və nəticələrə əsasən şagirdlər uyğun siniflərə yerləşdiriləcəklər. Şagirdlər maksimum 10 nəfərlik siniflərdə dünyanın fərqli ölkələrindən gələn digər şagirdlərlə ingilis dilini öyrənmə və praktika etmə fürsəti əldə edəcəklər. Şagirdlər dərsliklər və köməkçi materiallarla təmin olunacaq və kursun sonunda şagirdlərə sertifikat təqdim olunacaq.
Şəhər turları və sosial fəaliyyətlər zamanı amerikalı danışıq partnyorları ilə ingilis dilində praktika etmək imkanı, dünyanın fərqli ölkələrindən gələn şagirdlər ilə fərqli mədəniyyətləri yaxından tanıma fürsəti əldə etmək və unudulmaz bir təcrübə yaşamaq üçün New York proqramımızda iştirak etməyə tələsin!
Şagirdlərimiz Pioneer Academy colleginin yataqxanasında 2-3 nəfərlik, suit otaqlarda qalacaqlar. Otaqlar yüksək səviyyədə təmir olunub və hər bir otaqda duş otağı və tuvalet mövcuddur. Şagirdlər həmçinin yataqxanadakı çamaşırxana imkanlarından da rahatlıqla istifadə edə bilərlər. Qız və oğlan şagirdlərin qaldıqları yerlər ya fərqli mərtəbələrdə, ya da fərqli binalardadır.
Yeməklər kollecin yeməkxanasında veriləcək. Pioneer Academy çoxmillətli mərkəz olduğuna görə burada hər kəsin yeyəbiləcəyi yemək alternativləri mövcuddur. Bizim şagirdlərimizə səhər, günorta və axşam yeməklərində halal yemək alternativləri təqdim olunacaq.
New York daxilində yarım günlük səyahətlər:
- Muzey səfərləri: American Museum of Natural History, Madam Tussauds Museum
- Gəzintilər: Hopon Hopoff Bus, Central Park, Bryant Park, Times Square, Statue of Liberty, Ellis Island, Garden State Plaza
- Atraksiyonlar: Beast Speedboat Ride, Top of the Rockefeller Building, Empire State Building Tour, Six Flags Amusement Park
- Alış-veriş: NBA Store, Apple Store, Best Buy, Nike, Sony Store, Woodbury Common Outlet Center
Həftəsonu tam günlük səyahətlər:
- Washington DC Trip: White House, National Air and Space Museum, Monument and Memorial
- Boston Trip: Harvard University, MIT, Duck Tour
- Qeydiyyat
- Viza rüsumu
- Dil kursu və sertifikat
- Kitab və materiallar
- Sağlıq sığortası
- 2-3 nəfərlik suit otaqlarda qalma
- Səhər, günorta və axşam yeməkləri
- Proqram müddətində professional rəhbərlər
- Günlük nəqliyyat vasitələri
- Wi-Fi internet
- Gəzinti və əyləncə mərkəzlərinin ödənişləri
- Şagird və valideyn ilə 24 saat əlaqə saxlamaq imkanı
-
- Pasport
- Şəkil – 5×5 ölçüdə, ağ fonda, son 6 ay ərzində çəkilmiş
- Şagirdin şəxsiyyət vəsiqəsinin surəti
- Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
- Şagirdin oxuduğu məktəbdən ingilis dilində arayış
- Şagird 18 yaşdan aşağıdırsa məktəb tərəfindən təyin olunacaq rəhbər müəllim ilə birlikdə Amerikaya səyahət edə bilməsinə dair notariusdan valideynlərin razılıq ərizəsi (ingilis dilinə tərcümə və təsdiq edilmiş halda)