POLŞA

Polşada təhsilin bir çox cəlbedici cəhətlərindən bəziləri:

  • Polşa universitetlərə daxil olmaq çətin deyil, qəbul üçün dil sertifikatı və ya dil biliyinizin orta səviyyədə olması yetərlidir. Hətta heç bir dil biliyiniz yoxdursa Polşanın özündə, universitet nəzdində dil hazırlığına başlaya bilərsiniz.
  • Ucuz təhsil haqqı və yaşayış xərcləri: Polşada yaşayış xərci tələbələr üçün ayda 200-500 € arasındadır. Bu məbləğə aylıq yataqxana qiyməti, ərzaq və nəqliyyat üçün ödənişlər daxildir.Ayrıca, universitetlərin təhsil haqqı illik əsasən 1,200-3,000 €-nu əhatə edir. (Müəyyən ixtisaslar üçün daha ucuz, pulsuz və təqaüdlü variantlar da mövcuddur. )
  • Reytinqli universitetlər, keyfiyyətli təhsil: QS Ranking-də yüksək qiymətləndirilən Varşava Universiteti, Krakov şəhərindəki Jagiellonian Universiteti, Varşava Texnik Universiteti və Varşava İqtisadiyyat Məktəbi (SGH) kimi reytinqli universitetləri var.
  • Avropanı vizasız səyahət etmə imkanı: 2004-cü ildə Polşa Avropa Birliyinə qoşulub, ona görə də Şengen zonasına daxildir. Yəni, Polşada tələbə vizası olan bir əcnəbi, heç bir əlavə sənədləşməyə ehtiyac qalmadan Avropa ölkələrinə rahatlıqla səyahət edə bilər. Hətta, bir çox güzəştlərdən, həmçinin tələbə endirimlərindən istifadə edərək, cəmi 20-50 € qiymətinə təyyarə biletləri əldə etmək mümkündür.
  • Oxuya oxuya işləmə imkanı: Polşanın digər cəlbedici cəhəti, iqtisadiyyatının AB ölkələri arasında 6-cı yerdə olmağı və Mərkəzi Avropada ən sürətlə böyüyən iqtisadiyyata malik olmasıdır. İşsizlik faizi digər ölkələrə nisbətən çox aşağıdır və tələbə olaraq işləməyə icazə var.Ən populyar ixtisaslardan olan biznes və menecmentdən (idarəetmə) əlavə , iqtisadiyyat, politologiya, beynəlxalq münasibətlər, psixologiya, turizm, dizayn, IT, Kompüter mühəndisliyi və digər mühəndisliklər, arxitektura və hətta tibb kimi ixtisasların ingilis dilində tədris olunduğu Polşanın bir çox universiteti var.
  • Bakalavr 3, magistratura 2, doktorantura 3 illikdir.
  • Polşada məzun olan tələbələrə Polşada işləmək və yaşamaq hüququ verilir.

Tibb:

Medical Academy of Bialystok

Medical University of Gdańsk

Medical University of Lodz

Medical University of Lublin

Pomeranian Academy of Medicine

Poznan University of Medical Sciences

Medical University of Silesia

Wrocław Medical University

 

İngilis dilində proqramları olan dövlət universitetləri:

Uniwesytet Warszawski               

SGH

Politechnika Warszawska

Uniwersytet Jagielloński              

Uniwersytet Opolski      

Politechnika Łódzka       

Uniwersytet Mikołaja Kopernika             

Szkoła Główna Handlowa            

Uniwersytet Śląski          

Uniwersytet Ekonomiczny w Krakowie 

Uniwersytet Wrocławski             

Uniwersytet Marii Curie-Skłodowskiej

 

İngilis dilində proqramları olan özəl universitetləri:

Vistula

Warsaw Univeristy of Finance and Management

WSB  (müxtəlif şəhərlərdə filialları və ödənişsiz təhsil proqramları var)

Lazarski

Collegium Civitas             

Polsko-Japońska Wyższa Szkoła Technik Komputerowych            

Wyższa Szkoła Gospodarki